AŞPA prezidenti Azərbaycana gəlir

AŞPA prezidenti Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gələcək. SİA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Aqramuntun 29 fevral - 1 mart tarixlərində Bakıya səfəri zamanı ölkə Prezidenti, xarici işlər naziri, parlamentin spikeri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə