YAP GB xocalıya aid videoçarxlar yayımladı FOTOLAR

YAP GB xocalıya aid videoçarxlar yayımladı FOTOLAR

Bu gün "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Sahil parkında "Xocalı Soyqırmı"nın mahiyyətini özündə əks etdirən videoçarxlar yayımlanıb. SİA-nın məlumatına görə, videoçarxlar ermənilər tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda törədilən soyqırımdan bəhs edir.

Videoçarxda erməni vəhşiliklərini əks etdirən və indiyə kimi heç bir yerdə sadalanmayan faktlar, real şahidlərin ifadələri, habelə həmin dövrdə xarici mətbuat səhifələrində soyqırımla bağlı məlumatlar öz əksini tapıb, kifayət qədər foto-arxiv sənədləri əldə edilib, o dövrdə nəşr edilmiş yerli və xarici mətbuatdan faktlar götürülüb, faciənin canlı şahidlərindən ifadələr alınıb.

Tədbirin təşkilində əsas məqsəd isə Xocalı soyqırımının yad edilməsi, gənclərə və cəmiyyətə vətənpərvərlik hisslərinin aşılanması və faciənin dərd yükünü və bunun insanlığa bir böyük ləkə olduğunu anlatmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə