Politoloq: "Rusiya belə cəsarət etməz" AÇIQLAMA

Politoloq: "Rusiya belə cəsarət etməz" AÇIQLAMA

"Güman etmirəm ki, Rusiya Azərbaycanı hərbi ekspansiyası üçün növbəti hədəf seçsin. Rusiya belə cəsarət etməz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlər yaxşı səviyyədədir və belə bir halın baş verəcəyi gözlənilmir: "Xüsusilə də Azərbaycan Rusiyaya ziyan verəcək siyasət yeritmir. Ona görə də, belə bir hadisənin baş verəcəyinə inanmıram".

Qeyd edək ki, istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov "Obozrevatel" nəşrinə açıqlamasında Azərbaycanın Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola biləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə