Ədliyyə Nazirliyi Penitensiar xidmətinin aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə müsabiqə davam edir. SİA-nın məlumatına görə, Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən hüquqşünaslıq, hərbi və psixologiya ixtisasları üzrə ali təhsilə malik yaşı 30-dək olan Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim etməklə müraciət edə bilərlər. Sənədlər Penitensiar xidmətin Baş idarəsinin inzibati binasında bütün iş günləri qəbul edilir.
Qulluğa qəbulla bağlı aidiyyəti məsələlər, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Penitensiar xidmətin internet səhifəsində (http://penitensiar.justice.gov.az/) tanış ola, eləcə də 498-71-06 və 493-64-41 telefon nömrələri vasitəsilə məlumat əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB