Nazirlər BTQ dəmir yolunun tikintisi ilə maraqlandılar FOTOLAR

Nazirlər BTQ dəmir yolunun tikintisi ilə maraqlandılar FOTOLAR

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidze Tbilisidə keçirilən görüşdən sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanıblar. SİA-nın məlumatına görə, nazirlər bu məqsədlə fevralın 19-da Gürcüstanın Kartsax məntəqəsində olublar. Xarici siyasət idarələrinin rəhbərlərinə görülən işlərlə bağlı məlumat verilib.

Sonra hər üç nazir qatarla Gürcüstan ərazisindən Türkiyəyə keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə