Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidze Tbilisidə keçirilən görüşdən sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanıblar. SİA-nın məlumatına görə, nazirlər bu məqsədlə fevralın 19-da Gürcüstanın Kartsax məntəqəsində olublar. Xarici siyasət idarələrinin rəhbərlərinə görülən işlərlə bağlı məlumat verilib.
Sonra hər üç nazir qatarla Gürcüstan ərazisindən Türkiyəyə keçiblər.

