Razi Nurullayev: “Müxalifətin toplanmasının nəticəsi yoxdur” AÇIQLAMA
"Təbii ki, müxalifətin bir yerə toplanmasına böyük ehtiyac var. Amma əfsuslar ki, istər toplanmağın, istərsə də toplanmamağın heç bir nəticəsi olmur. Çünki, birliklər, toplantılar eyni adamlar və qurumlar arasında dövr edir". Bunu SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yeni sədri Razi Nurullayev deyib.
Onun sözlərinə görə, birliklərin uğurlu olması üçün, müxalifətin tərkibində ən azı 50% dəyişim olması şərtdir: "Bu gün müəyyən yenilənmə var amma onlar da hələ dışlanır. Əski müxalifət də, iqtidar kimi yeni insanları qəbul etmək istəmir. Yeni insanlar olmayana kimi də, müxtəlif formatlı, lakin eyni tərkibli birliklər və toplantılar nəticəsiz qalmağa məhkumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB