Aytən Mustafayeva: “Vladimir Putin özünü çox arxayın hiss edir” AÇIQLAMA

Aytən Mustafayeva: “Vladimir Putin özünü çox arxayın hiss edir” AÇIQLAMA

"Bu gün dünyada gedən geostrateji, geosiyasi vəziyyəti götürsək, müharibənin davam etdiyinin şahidi olarıq". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin Rusiya və İranın iştirakı ilə böyük müharibənin ola biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Suriya ətrafında bir çox dövlətin müharibəyə qoşulduğunu görürük: "Bu, Suriyanın parçalanması və o regionda böyük dövlətlərin maraqlarının bölünməsi deməkdir. Təbii ki, bizim regionda böyük dövlət Türkiyə, İran, Rusiyadır. Onlar da öz aralarında bu bölgünü aparmaq niyyətindədirlər. Hətta vaxtilə böyük Azərbaycan belə parçalanmışdı. Ümid edirəm ki, bunlar böyük müharibəyə addım atmayacaqlar. Çünki böyük müharibənin bir qolu Rusiyanın da parçalanmasına gətirib çıxara bilər, eləcə də İran zəifləyər. Həmçinin böyük müharibə böyük miqrantlar axını və iqtisadi maliyyə böhranı deməkdir. Bu müharibə bütün dünyanı inkişaf mərhələsindən ata bilər. Rusiya prezidenti Vladimir Putinin axırıncı addımları göstərir ki, özünü arxayın hiss edir".

Bütün xəbərlər Facebook səhifəmizdə