ABŞ-da prezident seçkiləri öncəsi namizədlər arasında yaşanan polemikalarla yanaşı, qalmaqallar da baş verir. Belə ki, post-seçki dövrü prezident kürsüsü uğrunda aparılan mübarizədə namizədlər arasında növbəti bənzər hallar yaşanıb. SİA xəbər verir ki, bu barədə "The Washington Times" nəşri yazır.
Məsələ ondadır ki, Respublikaçılar partiyasından olan namizəd Ceb Buşun rəsmi saytı nəzarətdən çıxıb. İnternet istifadəçiləri www.jebbush.com saytına daxil olmaq istəyərkən, onun ən barışmaz opponenti və rəqibi, milyarder Donald Trampın saytına daxil olurlar. Orada isə oxucuları Trampın şəkli qarşılayır və şəklin altındakı şüar diqqəti cəlb edir – "Yenidən Amerikanı nəhəng edək".
Hələlik bunun səbəbləri bəlli deyil. Bəzi müşahidəçilər deyirlər ki, Ceb Buşun səhifəsi ödəmə olunmadığına görə bağlanıb. Tramp isə bundan öz məqsədi üçün istifadə edib. Digərləri isə hesab edirlər ki, bu, hakerlərin işidir. Elələri də var ki, onlar bunu bilavasitə Trampın seçki biciliyi olduğunu deyirlər. Yəni həmin səhifəni Trampın komandası yaradıb.
Qeyd edək ki, post-seçki dövrü bu, Buşla Tramp arasında baş verən ilk qarşıdurma deyil. Buna qədər bir sıra məsələlərdə hər iki namizəd ən sərt şəkildə bir-birlərini ittiham etməklə yanaşı, dolayısı təhqirlərə də yol veriblər.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB