Bu gün Münhendə 52-ci Təhlükəsizlik Konfransı başlayır. SİA xəbər verir ki, Münhenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirləri toplaşacaq. Əsas müzakirə obyekti dünyada təhlükəsizlik və sabitliyin təminatı mövzusudur. İordaniya kralı II Abdullah, Polşa prezidenti Andjey Duda, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş naziri Dmitri Medvedyev, İraq baş naziri Hayder əl-Abadi, ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov konfransda iştirakını təsdiqləyib.
Daha əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə verdiyi açıqlamaya görə, Azərbaycan Prezidenti İlham Əliyevin də konfransda iştirakı gözlənilir.
Konfrans fevralın 14-nə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB