"Əgər Rusiya Suriyaya müdaxilə etməsə idi, quru əməliyyatları da başlayacaqdı. Artıq ABŞ-la Türkiyə və Səudiyyə Ərəbistanı arasında razılıq əldə edilmişdi. Çox güman ki, quru əməliyyatları ilə İŞİDİ, Bəşər Əsədi də sıradan çıxaracaqdılar". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Rusiyanın Suriyaya həm desant, həm də hava qüvvələri gətirməsi bu prosesi bütünlüklə pozdu: "Amma indi yenidən təşkil prosesi gedir. Ərəb ölkələrinin demək olar ki, böyük əksəriyyəti Suriyaya quru qoşunları yeritmək fikrindədir. Onu da sadəcə olaraq Amerikanın başçılığı altına etmək istəyirlər. Yəqin ki, yaxın vaxtlarda bu məsələlər tamamilə həll olunacaq və Suriyaya quru qoşunları yeridiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB