Növbəti “İŞİD” cəlladı müəyən edildi İFŞA

Növbəti “İŞİD” cəlladı müəyən edildi İFŞA

"İraq və Şam İslam Dövləti"ndə (indi adı "İslam Dövləti") başkəsən cəlladlardan biri də açığa alınaraq, ifşa olunub. SİA xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" nəşri yazır. Bu adamın öldürülmüş məşhur başkəsən Cihadçı Conun köməkçisi Aleksanda Koti olduğu müəyyənləşdirilib. O, Britaniya vətəndaşıdır və 10 ildir ki, İslamı qəbul edib. Araşdırmalar nəticəsində məlum olub ki, edam səhnələrinin birində yer alan şəxs də, məhz 32 yaşlı Aleksanda Kotidir. KİV-lər də onun Britaniya ləhcəsinə görə, "Terrorçu Bitlz"in üzvü olduğunu yazırlar. Bu qrupa daxil olan cəlladlar ən azı 27 nəfər xarici vətəndaşın – britaniyalı, amerikalı və Suriya ordusu əsgərlərinin edamlarını həyata keçiriblər.

Koti yarı kiprli, yarı qanalıdır. Məlum olub ki, o müsəlman qıza aşiq olduqdan sonra müsəlmanlığı qəbul edib və həmin vaxtlarda 20 yaşına təzə keçmişdi.

ABŞ və Böyük Britaniya xüsusi xidmətlərinin informasiyalarına görə, Koti İslamın qeyri-ənənəvi radikal ideyalarını qəbul edib və Londonun qərbindəki Əl-Manar məscidinə tez-tez gedib. Həmin məscidi məhz Cihadçı Con – Muhammed Emvazi də ziyarət edirmiş. Eyni zamanda, Əl-Manar məscidini digər terror qruplaşmalarına aid olanlar da tez-tez ziyarət ediblər. Onların bir hissəsi isə 2005-ci ilin 7 iyulunda təşkil edilmiş terror aksiyasının iştirakçıları olublar. O cümlədən, həmin ilin 21 iyulunda da terror aktı törətməyə cəhd etsələr də, detonatorun işləməməsi səbəbindən növbəti aksiyaları baş tutmayıb.

Koti isə Yaxın Şərqə 2009-cu ildə Corc Galoveyin vasitəsilə gedib. Galoveyin Britaniya parlamentinin müharibədə zərər çəkənlərə yardım kolonuna rəhbərlik etdiyi bildirilir. Daha sonra isə o Rakkada "İslam Dövləti" terrorçularına qoşulub. Onun iki qızının olduğunu qeyd edilir.

Bu arada daha bir britaniyalı cəlladın – Eyn Devisin də ifşası baş tutub. Onun isə 31 yaşı var və qərbi London doğumludur. Eyn Devis İslamı qəbul edənə qədər narkotik alverçisi olub. Keçmiş narkodiler 2013-cü ildə Suriyaya gedib və Cihadçı Conla Kotiyə qoşulub.

Devis ötən ilin noyabrında Türkiyədə İstambula terror aksiyası hazırlayarkən xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə