"Prezident Vladimir Putinin onun haqqında çəkiləcək bədii film planlarından, həmçinin tanınmış amerikalı kinoaktyor Leanardo Di Kaprionun həmin filmdə baş rol alacağından xəbəri yoxdur". SİA xəbər verir ki, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi açıqlamanı "itar-tass" agentliyi yayıb.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, Leonarda Di Kaprionun bu rolda oynamaq istəyinin olub-olmaması da onlara məlum deyil: "Biz ümumiyyətlə bilmirik ki, həmin film çəkiləcək, yaxud da bu rol mövcuddur yoxsa yox. Doğrusunu deyək ki, biz Di Kaprionun bu məsələ ilə bağlı bəyanatına, açıqlamasına heç yerdə rast gəlməmişik".
Agentlik yazır ki, bir müddət əvvəl bir sıra KİV-lər belə bir informmasiya yaymışdılar ki, Hollivud cameəsində məşhur olan "Knightsbridge Entertainment" kino çəkilişi şirkəti "Putin" adlı film çəkməyi planlaşdırır və baş rolda oynamaq üçün məhz Leonardo Di Kaprio nəzərdə tutulub. Di Kaprio isə sözügedən məsələ ilə bağlı bəyanatında deyib ki, Putinin həmin məsələdən xəbəri yoxdur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB