2 fevral "Gənclər Günü" ilə bağlı Gənclər və İdman Nazirliyinin əməkdaşları və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar. SİA xəbər verir ki, ziyarətçilər arasında Gənclər və İdman naziri Azad Rəhimov başda olmaqla nazirliyin rəhbər şəxsləri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, gənclər təşkilatları sədrləri və çoxlu sayda gənclər yer alıb.
Ulu Öndərin məzarı qarşısından keçərək gül dəstələri qoyan ziyarətçilər müstəqil Azərbaycan dövlətinin memarı, eyni zamanda ölkəmizdə dövlət gənclər siyasətinin banisi olan dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər.
Media nümayəndələrinin suallarını cavablandıran nazir Azad Rəhimov Ümummilli Lider tərəfindən Azərbaycan gəncliyinə bağışlanan bu gözəl gün –"Gənclər Gün"ü münasibətilə bütün gəncləri təbrik edib. Azərbaycan Gənclərinin I Forumunun 20-ci ili ilə bağlı bu ilin xüsusi əhəmiyyət daşıdığını söyləyən nazir Azad Rəhimov qeyd edib ki, müasir günümüzdə Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricində layiqincə təmsil olunur və Azərbaycandakı gənclər təşkilatlarının modelləri dünyaya nümunədir.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov da öz növbəsində Azərbaycan gəncliyini təbrik edərək bildirib ki, bu gün məhz Ulu Öndər tərəfindən Azərbaycan gəncliyinə bağışlanıb: "Azərbaycan gəncləri xoşbəxtdir ki, onlar müstəqil dövlətdə yaşayırlar. Gənclərimiz bu gün ölkə həyatının müxtəlif sferalarında layiqincə təmsil olunurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB