Deputat: “Freedom House”nin rəhbərliyində ermənilər çalışır" AÇIQLAMA
"Freedom House" adlı yaramaz təşkilatın Azərbaycan haqqında qərəzli hesabatı bəzi qüvvələr və qeyri-hökumət təşkilatlarının məlumatlarına istinad edir. Onlar daima qərəzli olaraq ölkəmiz haqda mənfi rəylər irəli sürürlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, "Freedom House"nin rəhbərliyində ermənilər və erməni lobbisi ilə sıx əlaqəli olan insanlar çalışır: "Onlar təbii ki, heç cür obyektiv qərar qəbul edə, hesabat yaya bilməzlər. Artıq "Freedom House"nin həyasızlığı o həddə çatıb ki, Dağlıq Qarabağı "müstəqil qurum" kimi qeyd edir, onun haqqında rəy verirlər. Bizi sevən, sevməyən heç bir ölkə Dağlıq Qarabağı hüquqi cəhətdən dövlət kimi tanımadığı halda, "Freedom House"nin oranı ayrıca qiymətləndirməsi məhz bu qurumun iç üzünün açılmasıdır. Bunların hamısı ermənilərin indiyədək apardıqları çirkin kampaniyanın tərkib hissəsidir. "Freedom House"nin Dağlıq Qarabağı ayrıca qiymətləndirməsi bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara onların məram və məqsədinin nə olduğunu ortaya qoydu".
Deputat qeyd edib ki, bu qurumun Azərbaycan haqqında qərəzli hesabatından bəzi qüvvələr istifadə etməyə çalışacaqlar: "Bu qərəzli hesabatı müxalifət, digər bəzi təşkilatlar bayraq edəcək, onların rəyinə müsbət don geyindirməyə çalışacaqlar. Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə reallığın nə olduğunu yaxşı bilir. Azərbaycanda demokratiya, insan haqları, azad mətbuat inkişaf edib. Qanuna hörmət edən hər bir şəxs ölkəmizdə yaşayıb, yaradıb, təhsil alıb, işləyə bilir. Azərbaycan demokratik, hüquqi dövlət olmaqla, demokratiya uğrunda apardığı işləri davam etdirir. Bu cür ermənipərəst təşkilatların açıqlamaları onların iç üzünü, daxili maraq və məramlarını ortaya qoyur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB