"2016-cı ildə Bakı-Tibilisi-Qars dəmir yol xəttinin bizim tərəfdən elektrikləşdirilməsi, Gürcüstan tərəfdən isə tunel tikintisi işləri başa çatacaq. Türkiyə tərəfindən də işlər davam etdirilir və Türkiyə tərəfi gələn ilin ortalarına qədər üzərinə düşən işləri başa çatdırmağı planlaşdırır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Prezidentin sərəncamına əsasən "Azərbaycan Dəmir Yolları" QSC Astaradan Astaraçay körpüsünə qədər yeni yolun tikintisi ilə məşğul olacaq: "İranlı tərəfdaşlarımız ilə bu barədə söhbətlər aparılır. Yanvarın 12-də İranın Dəmiryolu və Limanlarının rəisi Bakıda keçiriləcək müşavirədə iştirak edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB