Millət vəkili Fazil Mustafa "üzən məzənnə" ifadəsinin işlədilməsinə etiraz edib. SİA-nın məlumatına görə, millət vəkili Fazil Mustafa öz "facebook" hesabından manatın devalvasiyasını şərh edib: "Manatın devalvasiyası insanların yaşayış səviyyəsinə təsirsiz ötüşməyəcək. Üstəlik dollarla ödəniləcək kreditlərdə problemlər ola bilər. Təbii ki, bu bizdən asılı proses deyil, Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyəti bu yerə gətirib çıxarıb. Yəqin ki, bu dalandan qurtulmaq asan olmayacaq. Bununla belə, mən Azərbaycan Mərkəzi Bankı tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB