Cümşüd Nuriyev: “Putin Azərbaycan Prezidentindən nümunə götürməlidir” AÇIQLAMA

Cümşüd Nuriyev: “Putin Azərbaycan Prezidentindən nümunə götürməlidir” AÇIQLAMA

"Rusiya prezidenti Vladimir Putinin türkləri, türk dövlətini təhqir etməsi əxlaqdan uzaq hərəkətdir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, Putin Azərbaycan Prezidenti İlham Əliyevdən nümunə götürməlidir: "Baxmayaraq ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və Xocalı soyqırımını törədən də məhz Serj Sarkisyandır, amma hələ də bir dəfə olsun Azərbaycan Prezidenti Sarkisyana ağır söz deməyib və təhqir etməyib. Hesab edirəm ki, bu, Putinin əxlaqından doğan bir şeydir. Rusiya prezidentinin böyük bir dövlətin başçısı haqqında dediyi yaltaqlıqla bağlı və s. sözlər nə Putinə, nə də Rusiyaya başucalığı gətirir. Putinin hazırda əsas məqsədi Rusiyada olan ciddi problemlərdən diqqəti yayındırmaqdır. Rəsmi Moskvanın prezidenti o ifadələri işlətməməli idi. Təbii ki, kiminsə kimdənsə narazılığı ola bilər. Amma prosesləri bu səviyyəyə çatdırmaq xoş olan bir şey deyil. Çox təəssüf ki, bu oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə