Rövşən Rzayev: “Biz tamamilə başqa fikirlər, qərarlar gözləyirik” AÇIQLAMA
"Rusiyanın ATƏT-dəki nümayəndəsinin Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini destruktiv mövqe adlandırması düzgün deyil". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən kənar fəaliyyətlə məşğul olması müsbət hal deyil: "Rəsmi Moskva yaxşı olardı ki, münaqişənin həlli ilə bağlı daha ciddi yanaşma ortaya qoysun. Əgər Rusiyanın ATƏT-dəki nümayəndəsi bu fikirləri özünün şəxsi fikri kimi bildiribsə, bu tamamilə başqa məsələdir. Amma Dağlıq Qarabağla bağlı onu fikirləri düşünürəm ki, səlahiyyətindən kənar məsələdir. Yaxşı olardı ki, o, Rusiyada olan təxribatçı ermənilərin fikirlərinin qarşısını alardı. Biz həmsədr dövlətlərin fəaliyyətdə olan nümayəndələrindən tamamilə başqa fikirlər, qərarlar gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB