2015-ci il 16-17 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun "Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli" mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşü keçiriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyev iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB