Ərdoğan və Putindən sərt açıqlamalar Vəziyyət gərginləşir

Ərdoğan və Putindən sərt açıqlamalar Vəziyyət gərginləşir

Parisdə BMT-nin iqlim dəyişikliyi konfransına qatılan Rusiya və Türkiyə prezidentləri yenidən bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər.

SİA-nın məlumatına görə, ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin bir daha Türkiyəni İŞİD-dən neft almaqda suçlayıb: "İŞİD və digər terrorçu təşkilatların nəzarəti altında olan ərazilərdən hasil olunan neft məhsullarının sənaye miqyasında Türkiyə ərazisinə daşınması barədə əlavə məlumatlar əldə etmişik. Əlimizdə yeni sübutlar var. Məsələ, Suriyadakı türkmənləri müdafiə etmək deyil. Türkmənlər bəhanədir. Təyyarəmizi ona görə vurublar ki, Suriyadan İŞİD neft karvanlarını rahatca Türkiyəyə keçsinlər"

Vladimir Putin əlavə edib ki, Parisdə türkiyəli həmkarı ilə görüşmək istəməyib: "Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim".

Rusiya prezidenti Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bu vəziyyətə düşməsinə təəssüfləndiyini də gizlətməyib:"Hesab edirəm ki, biz hamımız çox təəssüflənirik. Şəxsən mən çox təssüflənirəm, çünki bu uzun müddət ərzində münasibətlərin möhkəmlənməsi üçün çox şey etmişəm".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə cavabı da özünü çox gözlətməyib. Ərdoğan ölkəsinin İŞİD-dən neft alması haqqında ittihamlara bir daha sərt münasibət bildirib:

"Türkiyənin İŞİD-dən neft aldığı isbat edilsə, mən istefa verərəm Bu ittihamı irəli sürən Putindən soruşuram, isbat edilməsə, sən istefa verirsənmi?"

Rəcəb Tayyib Ərdoğan bu ittihamları əxlaqsızlıq adlandırıb:"Türkiyəni İŞİD-dən neft almaqda ittiham etmək əxlaqsızlıqdır. Böhtanlar yeriməz. Burada iddia ortaya qoyuram. Biz neft alverini edənlərin kimliyini bilirik. İŞİD-dən neft alan şəxslərdən birinin Rusiya, digərinin isə Suriya vətəndaşı olduğu artıq açıqlanıb. Amerika Maliyyə Nazirliyi bunu isbatlayıb. Əvvəl bunun izahını versinlər. Türkiyənin İŞİD-dən neft aldığı isbat edilsə, mən istefa verərəm Bu ittihamı irəli sürən Putindən soruşuram, isbat edilməsə, sən istefa verirsənmi?"

Bütün xəbərlər Facebook səhifəmizdə