Bu gün İSESCO Baş Konfransının Bakıda keçirilən 12-ci sessiyası başa çatıb. SİA-nın məlumatına görə, iclasda İslam dünyasında təhsilin səviyyəsi ilə bağlı bir sıra məsələlər müzakirə edilərək qeyd olunub ki, dünyada yarım milyarddan çox müsəlman nə yazmağı, nə də ki, oxumağı bilir. Həmçinin bir sıra İslam ölkələrində peşəkar müəllimlər çatışmır, tədris proqramları yoxdur.
Daha sonra Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev yekun qətnamənin qəbul edildiyini elan edib. İSESCO adından bəyanat qəbul edilib. Bəyanatda İslam dünyasında baş verən hadisələrlə bağlı narahatlıq ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB