Dekabrın ortalarında Rusiya-Türkiyə arasında yüksək səviyyəli görüşün keçirilməsi təxirə salınıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın "Ъ" saytı yazır. Qeyd edilib ki, hətta Kremldə buna səbəb kimi Su-24 bombardmançı təyyarənin vurulması gizlədilmir. Kremldəki mənbəyə istinad edən sayt yazır ki, mövcud vəziyyət hər iki ölkə arasında müəyyən soyuqluğun yaranmasıına səbəb olub. Sitat: "Baş verən faciədən sonra Türkiyəyə bundan sonrakı münasibətlərdə dəyişikliklər ola bilər".
Lakin buna rəğmən, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, hələlik Rusiya-Türkiyə sammitinin təxirə salınması barədə rəsmi qərar verilməyib. Kreml sözçüsünün sözlərinə görə, veriləcək hər hansı qərar bir sıra faktorlardan asılı olacaq.
Xatırladaq ki, bu il dekabrın 15-də Sankt-Peterburqda Rusiya-Türkiyə arasında yüksək səviyyəli görüş keçirilməliydi. Bu barədə hər iki ölkənin prezidentləri Antaliyada baş tutmuş G-20 sammitində razılıq əldə etmişdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB