"Azərbaycan müstəqil ölkə olduğu üçün təbii ki, mediamız da müstəqildir. Ölkəmizdə yeni saytlar, portallar, qəzetlər fəaliyyət göstərir, eləcə də yeniləri yaranır ki, onların müstəqil şəkildə işıq üzü göstərmələri üçün heç bir maneə yoxdur". Bu fikirləri SİA-ya millət vəkili Rauf Əliyev bir sıra media orqanlarının şantaj və reketçilik üsulları ilə şəxsi mənfəət güdmələrinə, mövcud azad mətbuat sistemindən sui-istifadə hallarına yol vermələrinə münasibətini bildirərkən deyib.
"Mətbuatda məmur özbaşnalığı ilə bağlı şəxsi fikirlər deyil, həqiqəti əks etdirən faktlar öz əksini tapmalıdır"
"Amma bu o demək deyil ki, kim nə istəyir onu yazsın, insanları şantaj etsin"-deyə qeyd edən millət vəkili eyni zamanda bildirib ki, bu kimi neqativ halların qarşısınıı almaq üçün Azərbaycanda hüquq mühaifizə orqanları: "Hansısa bir məmur öz işinin öhdəsindən gələ bilmirsə, işində qüsurlar varsa, onu müvafiq orqanlar araşdırır. Mətbuatın işi isə ictimai rəyə dəqiq informasiya verməkdir. Digər tərəfdən, ciddi qanun pozuntuları olanda dövlət başçısı göstərişlərini verir, aidiyyatı qurumlar isə ölçü götürür. Təbii ki, belə də olmalıdır. Çünki bütün məmurların vəzifələri bilavasitə xalqa xidmət etmək, dövlətin apardığ siyasətinə uyğun olaraq fəaəliyyət göstərməkdir. Ona görə də hesab edirəm ki, mətbuatda məmur özbaşnalığı ilə bağlı şəxsi fikirlər deyil, həqiqəti əks etdirən faktlar, real məsələlər öz əksini tapmalıdır. İctimaiyyət arasında çaşqınlıq yaratmaq, süni ajiotaj yaradaraq maddi maraqlar dalınca qaçmaq doğru seçim deyil".
"Milli Məclisdə bu kimi məsələləri gündəmə gətirəcəyik"
Rauf Əliyev eyni zamanda bildirib ki, dünyada baş verən hadisələr fonunda Azərvaycanda bu gün ictimai sabitlik höküm sürür: "Bu da Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasətin bariz nümunəsidir. Bu sabitliyi qoruyub saxlamaq üçün istər mətbuat, istərsə də mətbuata nəzarət edən qurumlar bir sıra məsələlərdə diqqətli olmalıdır. Gələcəkdə düşünürük ki, Milli Məclisdə bu kimi məsələləri gündəmə gətirək və neqativ halların aradan qaldırılması istiqamətində fəaliyyətimizi davam etdirək. Düşünürəm ki, son günlər məsələ ilə bağlı atılan addımlar tam yerində və vacibdir."
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB