Vüqar Səfərli: "Mətbuat Şurası ciddi tədbirlər görməlidir"

Vüqar Səfərli: "Mətbuat Şurası ciddi tədbirlər görməlidir"

"Bu gün Azərbaycan mediasında əsası olmayan xəbərlər yer alır ki, onların da böyük əksəriyyəti onlayn mediada yayımlanır". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusundakı "dəyirmi masa"da çıxışı zamanı deyib.

Vüqar Səfərli yalan xəbər yayan saytların adlarının açıqlanmasını təklif edib: "Düzdür bunların kimliyini hamı bilir. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın və bu saytların fəaliyyəti araşdırılsın. Ölkədə baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə