"Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı" FOTOLAR

"Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı" FOTOLAR

Bu gün Bakıda Böyük Britaniyanın "Senate" nəşriyyatının çap etdiyi "Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı" (Discover Azerbaijan: Baku 2015 Edition") kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən dövlət və hökümət rəsmiləri, xarici qonaqlar iştirak ediblər. Mərasim Birinci Avropa Oyunlarına həsr edilən qısa video rolikin nümayişi ilə açıq elan olunub.

Açılış nitqi ilə çıxış edən layihənin rəhbəri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirb ki, kitab dünya idman tarixində ilk dəfə keçirilmiş "Bakı-205" Birinci Avropa Oyunlarına həsr olunub: "Kitabda Birinci Avropa Oyunlarının gündəlik icmalı, yarışlar, arenalar haqqında ətraflı məlumatlar yerləşdirilib, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, təbiəti haqqında oxuculara məlumat verilib. İngilis dilində nəşr olunmuş kitab yalnız Birinci Avropa Oyunlarının deyil, bütünlükdə Azərbaycanın xaricdə təbliğatına mühüm töhfə verəcəkdir"

Çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu söyləyərək qeyd edib ki, hazırda Azərbaycan bütün sahələrdə uğurlar əldə edir: "O cümlədən də idman sahəsində qazanılan uğurlar da kifayət qədərdir. Birinci Avropa Oyunları ilə Azərbaycanın bir idman ölkəsinə çevrildiyinə bütün dünya şahid oldu".

Rövnəq Abdullayev möhtəşəm idman bayramına neftçilərin böyük töhfələr verdiklərini də qeyd edərək vurğulayıb ki, SOCAR I Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, Bakıda aparılan geniş abadlıq və quruculuq prosesində yaxından iştirak edib. Ən böyük töhfəmiz isə heç şübhəsiz, Bakı Olimpiya Stadionunun tikilib istifadəyə verilməsi olub. Bakı Olimpiya Stadionu inşaat sahəsində böyük beynəlxalq nüfuza malik ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan olunub".

SOCAR prezidenti I Avropa Oyunları zamanı idmançılarımızın qazandığı qələbələrdən də bəhs edib.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Birinci Avropa Oyunlarının idman yarışması olmağı ilə yanaşı Azərbaycanın dünyada tanıdılması üçün unikal bir imkan olduğunu qeyd edib. Azad Rəhimov bildirib ki, Birinci Avropa Oyunlarında əsas məqsədimiz də ondan ibarət idi ki, Azərbaycanı dünyaya yaxşı mənada tanıda bilək. Hesab edirəm ki, İlk Avropa Oyunları yaddaşlardan silinməyən, tarixi bir hadisə oldu. Oyunlar Azərbaycanın necə tolerant ölkə olduğunu dünyaya bəyan etməklə yanaşı, mədəni və mənəvi dəyərlərimizi də dünyaya göstərmiş oldu".

Nazir əlavə edib ki, bu Oyunlardan sonra Azərbaycana maraq xeyli artıb. Növbəti illərdə də Azərbaycanda beynəlxalq yarışlara, o cümlədən Şahmat olimpiadasına, "Formula 1", İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək: "Sadaladığım bütün bu faktorlar ölkə rəhbərliyinin düşünülmüş uğurlu siyasət aparmasının bariz nümunəsidir"

Çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılmasında fəal rol oynayır və regionun nəqliyyat-logistika mərkəzinə çevrilib: "Bu gün möhtəşəm bir hadisəni eyd etmək üçün bu zala yığışmışıq. Belə ki, Azərbaycanın müasir inkişafının növbəti səlnaməsi ingilis dilində Azərbaycan ictimaiyyətinə təqdim olunur.Məndən öncə çıxış edənlər diqqəti 2015-ci ildə Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarına yönəltdilər. Bu oyunların standartlarının Azərbaycanda necə yaranmasına, necə inkişaf etməsinə diqqətlərini cəlb etdilər".

PA rəsmisi qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, əhalinin rifah halı yüksəlib:"Son bir neçə ildə qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub".

PA rəsmisi əlavə edib ki, Azərbaycan regionun mərkəzi ölkəsinə çevrilib və beynəlxalq tədbirlərə ev sahibliyi edir ki, bu da bizdə qürur hissi yaradır.

Tədbir rəsmi hissədən sonra ziyafətlə başa çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə