Rufiz Qonaqov: “Ölkəmizdə siyasiləşmiş qeyri-hökumət təşkilatları yox səviyyəsindədir” AÇIQLAMA
"Bəli, nə vaxtsa belə qurumlar çox idi. Onlar xarici düşmən dairələrlə Azərbaycanın maraqlarına zidd olaraq iş birliyinə girmişdilər". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Mərkəz rəhbəri bildirib ki, Azərbaycanda olan bəzi dağıdıcı mövqeli siyasi partiyalar var ki, bunlar özlərinin maliyyələşdirdiyi QHT-ləri qara əməllərinə alət edirlər: "Onlar hətta dövlətimizin uğurlarını gözü götürməyən bəzi dairələrin əks kəşfiyyat xidmətləri ilə də əlaqələr qururlar. Çox yaxşı haldır ki, belə qüvvələrin vaxtında ifşa edilib cəzalandırılması təhlükəsizliyimizə cavabdeh orqanlar tərəfindən uğurla həyata keçirilir".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB