AMEA-nın 70 illik yubileyi ilə əlaqədar mətbuat konfarnsı keçirilib FOTOLAR - VİDEO

AMEA-nın 70 illik yubileyi ilə əlaqədar mətbuat konfarnsı keçirilib FOTOLAR - VİDEO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın 70 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, AMEA prezidenti, akademik Akif Əlizadə media nümayəndələrinə 70 illik yubileyə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər haqda məlumat verib.

Akif Əlizadə qeyd edib ki, hazırda bütün təşkilatlarımızda 70 illik yubileyə hazırlıqlar gedir: "Bununla əlaqədar təşkilat komitələri yaradılıb, ayrı-ayrılıqda AMEA-nın hər biri institutu ilə bağlı video-çarxlar hazırlanıb. 70 illiyə hədiyyə olaraq yeni nəşrlər, yeni sənədli film hazırlanıb, AMEA-nın 15 təsisçi haqqında xüsusi kitab çap olunub. "Akademiya simalarda" kitabında ilk dəfə olaraq AMEA-nın üzvü seçilmiş 450-dən çox alim haqda məlumat toplaya bilərsiniz".

Akademik onu da qeyd edib ki, 70 illik yubileylə əlaqədar olaraq çəkilən sənədli film üçün Azərbaycan, Rusiya arxivlərində bir sıra işlər aparılıb: "Nəticədə isə unikal sənədlər, unikal kadrlar aşkar edilib. Həmin sənədlər və kadrların hamısı həm kitaba, həm də filmə daxil edilib. Bizim yeni açılmış kitabxanamızda Azərbaycanın səfirləri ilə görüş keçirilib. Kütləvi İnformasiya Vasitələrində bizim alimlərimiz çıxış ediblər. AMEA-nın keçdiyi inkişaf yolu haqda geniş informasiya Azərbaycan ictimaiyyətinə çatdırılıb".

Mətbuat konfransının sonunda A. Əlizadə jurnalistlərin suallarını cavablandırıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə