Elman Məmmədov: "Məşədi İbad demişkən, artıq adətkardırlar" AÇIQLAMA

Elman Məmmədov: "Məşədi İbad demişkən, artıq adətkardırlar" AÇIQLAMA

"Azərbaycanda keçirilən Parlament seçkiləri haqqında şər-böhtan dolu fikirləri deyənlər, Məşədi İbad demişkən, artıq adətkardırlar. Hərənin bir sənəti və peşəsi olur. Yəni onlar şər, qarayaxma kampaniyası keçirmək, gecə yuxuda gördüklərini səhər hamıya təqdim etməkdə artıq sənəkardırlar". Bu fikirləri SİA-ya açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən yenidən millət vəkili seçilmiş Elman Məmmədov deyib.

O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) əsassız iddialarla seçkiləri müşahidə etməməsi və qərəzli, yalan açıqlamalarının ölkəmizdə aparılan işlərə kölgə salmaq məqsədi daşıdığını qeyd edib. E. Məmmədov bəzi beynəlxalq media qurumlarının da Azərbaycanda keçirilən Parlament seçkiləri haqqında öz maraqları naminə qərəzli və böhtan dolu yazılar dərc etdiyini vurğulayıb: "Minlərlə kilometr uzaqlardan Azərbaycan haqqında ağıllarına gələni danışırlar. Şimal, Cənub, Şərq, Qərb - dünyanın hər yerindən 500-dən artıq beynəlxalq müşahidəçi gəlib seçkiləri izlədilər və dəqiq, obyektiv, real fikirlərini bildirdilər. Azərbaycanda keçirilən Parlament seçkilərini buraya gəlib müşahidə edənlər bir kəlmə də neqativ fikir söyləmədi, qanunsuzluqla rastlaşdıqlarını demədilər. Avropa, Amerikada oturub ağızlarına gələni danışmaq onların cılızlığından, iyrənc əməllər ilə məşğul olduqlarından, Azərbaycana qarşı mütəmadi olaraq şər-böhtan kampaniyası aparmaqlarından xəbər verir. Onlar özlərini ifşa edib, iç üzlərini açırlar. Həqiqətə, ədalətə, haqqa, düzgünlüyə yox, ancaq özlərinin maddi mənafe və maraqlarına söykənirlər. Onlar Azərbaycana qarşı ağızlarından iylənmiş çirkab axıdırlar. Ancaq bu böhtanlar Azərbaycana yaxın da gəlmir. ATƏT DTİHB dəvət olunmuşdu. Zəhmət çəkib gəlib müşahidə edib, gördüklərini deyərdilər.

Azərbaycan bütün beynəlxalq aləmə seçkilərin şəffaf, demokratik və hüquqi qaydada keçirildiyini və bu prosesdə yalnız xalqın iradəsinin ifadə olunduğunu sübut etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə