ARDNF “Azəri-Çıraq-Günəşli” layihəsindən 116 milyard dollar qazanıb

ARDNF “Azəri-Çıraq-Günəşli” layihəsindən 116 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 116 milyard 007 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin on ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 856 milyon dollar vəsait daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə