Mirhəsən Seyidov: "Hər kəsin düşüncəsi yüksək qiymətləndirilərək dəyərləndirilir"
"Azərbaycanda seçkilərin azad və demokratik şəkildə keçirilməsi sonda bir daha sübut olundu. Hər kəs azad şəkildə öz namizədini müəyyən etdi". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, builki səsvermədə insanlar aktiv şəkildə iştirak ediblər: "Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur. Diqqətdən yayınmayan digər hadisə isə gənclərin parlament seçkilərində daha fəal olması idi. Bu çox sevindirici bir haldır. Artıq gənclər öz hüquqlarını bilir və bunu dəyərləndirirlər. Gənclər səsvermə ilə yanaşı seçkilərdə müşahidəçilik də etdilər. Bu çox müsbət haldır. "İrəli"-nin üzvləri də müxtəlif səsvermə məntəqələrində müşahidəçi qismində seçkilərin şəffaf keçirilməsində dəstək oldular".
M.Seyidov əlavə edib ki, Azərbaycanda sosial-demokratik, liberal-demokratik, konservativ, sosialist, neokonservativ, neoliberal, antikommunist yönümlü partiyalar fəaliyyət göstərir: "Seçkilərdə hər bir partiya nümayəndəsinin təmsil olunub seçilməsi çox yaxşı bir haldır. Hər kəs fərqli düşüncəyə sahib olduğu kimi, hər partiya da fərqli düşüncəyə sahibdir. Bu da onu göstərir ki, ölkəmizdə fikir azadlığı mövcuddur və hər kəsin düşüncəsi yüksək qiymətləndirilərək dəyərləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB