"Bizim təşkilat seçki ərəfəsində heç bir qanun pozuntusuna rast gəlməyib. Olduğumuz bütün məntəqələrdə tam şəffaf səsvermə həyata keçirilib". SİA-nın məlumatına görə, bu fikirləri Asiya Sakit okean hövzəsi ölkələrinin beynəlxalq mərkəzçi demokratik təşkilatının prezidenti Joze De Venesia deyib.
Onun sözlərinə görə, parlament seçkilərində bütün siyasi partiyalara eyni şəraitin yaradılması bir daha Azərbaycanın demokratik dövlət olduğunu göstərdi: "Bizim nümayəndə heyətinin tərkibinə Pakistan, Kamboca, İndoneziya, Filippin nümayəndələri daxildir. Biz birlikdə fikir mübadiləsi apararaq bu qənaətə gəlmişik. Parlament seçkilərində beynəlxalq və yerli müşahidəçilər heç bir çətinlik çəkmədən müşahidə aparıb, mətbuata öz fikirlərini bildiriblər. Seçki məntəqələrində olan sədrlər tam peşəkar idilər və öz vəzifələrinin öhdəsindən layiqincə gəlirdilər. Böyük məmnuniyyətlə qeyd edirik ki, seçki məntəqələrində səsverənələrin böyük əksəriyyəti qadınlar idi. Bu da demokratiyanın bir göstəricidir. Biz Azərbaycanı demokratiyanın qələbəsi münasibətilə təbrik edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB