Müşviq Ələsgərli: "“Qaynar xətt"ə ciddi şikayət daxil olmayıb”

Müşviq Ələsgərli: "“Qaynar xətt"ə ciddi şikayət daxil olmayıb”

"Seçkinin bütün gedişatı mətbuat tərəfindən yüksək səviyyədə işıqlandırılıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli seçki prosesinin mətbuat tərəfindən işıqlandırılması məsələsinə münasibət bildirərkən deyib.

Sədr müavini bildirib ki, mətbuat bu seçkiyə çox yüksək önəm verir: "Bütün KİV-lərdə diqqət seçkiyə yönəlib. Bir çox xarici təşkilatlar, xüsusilə yunan təşkilatları ölkəmizdəki seçkilərin gedişatını yaxından izləyir. Seçki prosesində baş verə biləcək hər hansı qanun pozuntuları ilə əlaqədar Mətbuat Şurası tərkibində "qaynar xətt" yaradılıb. Bu vaxta qədər "qaynar xətt"ə elə də ciddi qanun pozuntuları barədə məlumat daxil olmayıb. Həmçinin, biz ayrı-ayrı seçki dairələrində monitorinqlərimizi davam etdiririk".

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə