Əli Əhmədov Rusiya Dövlət Dumasının üzvləri ilə görüşüb YENİLƏNİR

YAP-ın İcra katibi: "Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir"
Əli Əhmədov Rusiya Dövlət Dumasının üzvləri ilə görüşüb YENİLƏNİR

Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında Rusiya Dövlət Dumasının deputatları ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Əli Əhmədovla yanaşı, YAP İcra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

YAP sədr müavini-icra katibi Əli Əhmədov ölkəmizdə seçkilərin azad, şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitlə bağlı qonaqlara məlumat verib. Qeyd edib ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara eyni münasibət var, hər birinə eyni şərait yaradılıb.

Əli Əhmədov vurğulayıb ki, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb: "Bunu şərtlənirən bir sıra amillər mövcuddur. Belə ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Bu bizim partiyanın əsas üstünlüyüdür. Partiyanın sıralarında 670 minə yaxın üzvün birləşməsi də bunun göstəricilərindəndir. YAP qatıldığı bütün seçki proseslərini qələbə ilə başa vurub.

YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, hər bir partiya seçkilərə ötən dövr ərzində qazandığı uğurlarla, malik olduğu sosial baza ilə qatılır. Heç şübhəsizdir ki, Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi böyükdür.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə