Mərkəz rəhbəri: "Seçici fəallığı 28,2 faiz təşkil edir" SON DƏQİQƏ
Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 12:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 12:00-dək seçicilərin 1468205 nəfəri səsvermədə iştirak edib.
Mərkəz rəhbərinin sözlərinə görə, saat 12:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 28,2 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB