Həbib Kabaşi: "Azərbaycanın seçki təcrubəsindən çox ölkələrin yararlanmasını istərdim"

23 saylı Səbail seçki dairəsinin 28-ci məntəqəsində seçkiləri müşahidə etmiş İslam Əməkdaşlıq Təşktlatının müşahidəçi qrupunun rəhbəri Səfif Həbib Kabaşi 1 noyabr Parlament seçkilərinə hələ bir müddət əvvəl Azərbaycanda olub prosesi yaxından izlədiklərini və seçkilərin normal, beynəlxalq hüquq normaları əsasında təşkil olunduğunu bildirib.

"Azərbaycan xalqından isti münasibət gördük. Aktivlik-fəallıq onu deməyə əsas verir ki, əhali öz taleyinə biganə deyil. Seçki günü də insanların azad şəkildə öz iradələrini ifadə etdiyini müşahidə etdik. Azərbaycanın bu seçki təcrubəsindən çox ölkələrin yararlanmasını istərdim", - deyə müşahidəçi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə