Səbaildə 357 nəfər ilk dəfə səs verir

Səbaildə 357 nəfər ilk dəfə səs verir

Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə səsvermənin ilk saatlarından məntəqələrə axın başlanıb. SİA-nın məlumatına görə, 38 min 580 seçicinin qeydiyyatda olduğu dairənin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 357 nəfəri ilk dəfə səs verir. Əlavə olaraq rayondakı hərbi hissələrdə 2 yeni seçki məntəqəsi da yaradılıb.

Şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrdə 12 veb-kamera quraşdırılıb.

29 saylı dairə seçki komissiyası tərəfindən qeydiyyata alınmış altı namizəd mübarizə aparır. Dairənin ərazisində mövcud olan məntəqələrdə seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Məntəqələrdə müxtəlif partiyaları və təşəbbüs qruplarını təmsil edən 437 müşahidəçi səsvermənin gedişini izləyir.

29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2, 20-ci yaşayış sahəsindəki "Bayıl" stadionundakı 27 nömrəli məntəqələrdə seçicilərin fəallığı daha çox müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə