Vitse-prezident: “Bizim “exit poll”da böyük təcrübəmiz var” FOTOLAR
Bu gün "Yerli Tərəfdaş" – Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi, "Opinion Way" Yenilikçi araşdırma şirkəti (Fransa) ilə birgə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə "exit poll" keçirməsi ilə bağlı mətbuat konfransı keçirib.
SİA-nın məlumatına görə, "Yerli Tərəfdaş" – Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin direktoru Elçin Salmanov bildirib ki, sosioloji tədqiqat qrupu olan "exit poll" müasir dövrdə bütün dünyada Vətəndaş cəmiyyətinin seçki prosesinə cəlb olunması, seçkilərin nəticələrinin ictimaiyyət tərəfindən tanınması üçün mühüm bir sahədir: "Biz Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi olaraq 9 illik fəaliyyətimiz dövründə müxtəlif sosial tədqiqatlarla məşğul olmuşuq. "Exit poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla 118 dairədə olacaq. Bu layihəyə bizim təşkilat 1000-ə yaxın könüllü gənc cəlb edib. Hazırda onların təlimatlandırılması prosesi gedir. 118 dairə 210 məntəqəni əhatə edəcək".
"Opinion Way" Yenilikçi araşdırma şirkətinin (Fransa) vitse-prezidenti Bruno Jeanbart isə diqqətə çatdırıb ki, şirkət 15 ildən artıqdır ki, "exit poll" fəaliyyəti ilə məşğul olur: "Biz bu işi Fransa televiziyaları ilə əməkdaşlığımız çərçivəsində də görmüşük. Azərbaycanla yanaşı Avropa ölkələrində - Yunanıstan, İslandiya, həmçinin Şimali Amerika və Kanada da bu işi həyata keçirmişik. Bizim şirkətimiz həm də beynəlxalq tədqiqat şirkəti olaraq tanınır. Bizim "exit poll"da böyük təcrübəmiz var və 15 ildən çoxdur ki, bu işlə məşğuluq".
Sonda mətbuat konfransı sual-cavab formasında davam etdirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB