ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı seçkilərdə “exit poll” keçirməkdən məmnundur
Bu gün Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, ABŞ-ın "AJF&Associates İnc." təşkilatı birgə mətbuat konfarnsı keçiriblər. SİA-nın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov parlament seçkiləri ilə əlaqədar keçirəcəkləri "exit-poll" barədə jurnalistlərə məlumat verib.
S. Məmmədov bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə "AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit-poll" keçirəcək: "Ölkənin 118 seçki dairəsi üzrə 1053 məntəqədə "exit-poll" keçiriləcək. Hər üç saatdan bir mərkəzə məlumatlar ötürüləcək. Bütün məlumatlar toplandıqdan sonra nəticələr seçki bitəndən 2 saat sonra – saat 21:00-da açıqlanacaq".
"AJF&Associates İnc." təşkilatının əməliyyatlar üzrə direktoru Jo Anne Barnhart isə deyib ki, Milli Məclisə seçkilərdə geniş və kompleks "exit-poll" keçirilməsi planlaşdırılıb: "Təşkilat 2013-cü ildə keçirilən prezident seçkilərində də "exit-poll" keçirilməsində iştirak edib. Bir müddət əvvəl isə Milli Məclisə seçkilərlə bağlı Azərbaycanda sorğu keçirilib və bu sorğu beynəlxalq aləmdə diqqət çəkib. Bu baxımdan da Azərbaycanda "exit-poll" keçirməkdən məmnunuq"
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilən iclasında Milli Məclisinə seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının "AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit-poll" keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB