“Seçicilərin səsləri Azərbaycanın inkişaf və tərəqqisinə veriləcək səs olacaq” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 32 saylı Suraxanı III seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Abiyevin "SƏS" qəzetinə müsahibəsi
- Ağacan müəllim, Azərbaycanda 1 noyabr tarixində keçiriləcək parlament seçkiləri cəmiyyətimizdə əsas müzakirə mövzularından biridir. Sizin seçkilərlə, eləcə də seçkilərə hazırlıqla bağlı fikirlərinizi öyrənmək istərdik.
-İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycanda mövcud olan sabitliyin, əminamanlığın və inkişafın qarantı Heydər Əliyev yolunun layiqli davamçısı cənab Prezident İlham Əliyevdir. Məhz bugünün sabitliyi qarşıdan gələn parlament seçkilərinin demokratik və şəffaf keçiriləcəyinə zəmin yaradır. Mən də bir namizəd kimi, qarşıdan gələn seçkilərin Avropa standartlarından da yüksək səviyyədə keçiriləcəyinə inanıram və seçkilərə inamla gedirəm. Lakin bir daha ölkədə yaranmış münbit şəraitdə ölkə başçımızın fəaliyyəti barədə danışmaq istərdim. Kimsəyə sirr deyil ki, Cənab İlham Əliyevin fəaliyyətinə nəzər yetirəndə Azərbaycanın bu illər ərzində dinamik inkişafından qürur duyuruq. Bu gün ölkəmizin beynəlxalq müstəvidə nüfuzu artmaqdadır. Bakıda yay aylarında keçirilmiş möhtəşəm I Avropa Oyunları da sübut edir ki, Azərbaycan bundqan sonra da irəliyə doğru nəhəng addımlar atacaq. Fəxr edirik ki, Azərbaycan əksər beynəlxalq təşkilatlarda söz sahibidir, müstəqil daxili və xarici siyasət həyata keçirir, Prezident İlham Əliyev milli maraqlarımızı müdafiə edir. Bu mənada cəmiyyətimiz də özünün gələcək sabitliyi, əminamanlığı və inkişafı naminə ən doğru seçim olaraq ölkəmizin inkişafına töhvə verəcək insanlara səs verəcəklər
- Siz Azərbaycanın dinamik inkişafı barədə fikir bildirdiniz. Ümumiyyətlə, bu inkişaf faktorunun əsasında daha hansı amillər dayanır və parlament seçkilərinin nəticələri buna necə təsir edəcək?
- Azərbaycan inkişaf baxımından bu gün dünya dövlətləri arasında ön sıralarda gedir. Təbii ki, bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində nailiyyətlərimiz artmaqdadır. Təkcə bəzi sahələr üzrə 20-22 il əvvəlki vəziyyətlə bugünümüzü müqayisə etmək kifayətdir ki, həmin strategiyanın xalqımız və ölkəmiz üçün dəyərini qiymətləndirək. 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artmış, ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatmışdır. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır. Qeyd etdiyimiz kimi ölkəmizdə bütün sahələrdə inkişaf böyük vüsət alıb. Bu baxımdan, mən idman sahəsini də xüsusi vurğulamaq istəyirəm. Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. Xatırlatmaq yerinə düşərdi ki, üç il öncə, 2012-ci il Azərbaycanda "İdman ili" elan olunmuşdu. Bütövlükdə, "İdman ili"ndə ölkəmizdə çox geniş tədbirlər oldu, yerli və beynəlxalq səviyyəli idman yarışları keçirildi. "İdman ili"ndə I Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması isə ölkəmiz üçün ən böyük hadisələrdən biri kimi yadda qaldı. Bu hadisə bütün idman ictimaiyyəti üçün böyük hədiyyə oldu. Eyni zamanda, ortaya qoyulan təşəbbüs reallaşdırıldı. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi idmançılarımızın xalqımız qarşısında çıxış edərək yüksək nəticələr göstərçələrinə, və bayrağımızın dəfələrlə ən yüksək podiumlarda dalğalanmasına, himnimizi bütün Avropaya səsləndirilməsinə səbəb oldu. Bundan artıq fəxr və iftixar hissi ola bilərmi? Omnu da bildirim ki, nüfuzlu beynəlxalq idman təşkilatı tərəfindən I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasının ciddi əsasları var idi. Çünki Azərbaycan sözün həqiqi mənasında idman ölkəsi kimi özünü təsdiq edib. Prezident İlham Əliyev idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi-texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edir. Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. Bu gün ölkəmizin müxtəlif regionlarında yanılmıramsa,50-dən artıq yaxın olimpiya kompleksi fəaliyyət göstərir, yeniləri də təhvil verilmək üzrədir. Bu istiqamətdə işlər isə davam etdirilir. Bütün bunlar gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlətimizin atdığı vacib addımlardan biridir. Məhz maddi-texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni-yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən, o cümlədən beynəlxalq miqyasda da etiraf olunur və yüksək qiymətləndirilir.
- Qeyd etdiyiniz kimi, ölkəmizdə idmana qayğı yüksək səviyyədədir və idmançılara yaradılan şərait hər zaman yüksək dəyərləndirilir. Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında hansı rolu oynayır?
-Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda, respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Sevindirici haldır ki, London Olimpiyadasında qalibiyyət əldə edən idmançılarımızın bir çoxu məhz bölgələrimizi təmsil edən idmançılardır. Vaxtilə, idman qurğularının tikintisində zona prinsipi əsas götürülürdüsə, bu gün hər bir rayonumuzda yüksək səviyyəli idman kompleksləri tikilib istifadəyə verilib. Bununla yanaşı, kiçik tutumlu məşq zalları, paytaxt və ona yaxın ərazilərdə böyük idman arenaları inşa olunub. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət olduqca böyükdür. Bu gün Olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində yeni standartlarla məşq edirlər. Bu baxımdan, bütün məsuliyyətimizlə Azərbaycanda idmanın yüksək sürətlə inkişaf etdiyini deyə bilərik. Yuxarıda da qeyd etdiyim kimi, bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya Hərəkatında əhəmiyyətli uğurlara imza atmasının çəkisi çox böyükdür. Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib. Azərbaycan qısa müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Bu səviyyəyə çatmaq üçün Azərbaycanda planlı şəkildə genişmiqyaslı işlər həyata keçirilib və keçirilməkdə davam edir. Son olaraq isə onu vurğulamaq istərdim ki, artıq sayılacaq günlər qalmış parlament seçkilərində xalqımız fəal olmalı, seçki mənətəqələrinə gedərək, öz namizədlərinə səs verməlidirlər. Bu həm də Azərbaycanın inkişaf və tərəqqisinə veriləcək səslər olacaq. Bu baxımdan, hər kəsə, istər seçicilərə, istərsə də seçkilərdə iştirak edəcək namizədlərə uğurlar arzu edirəm.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB