“Azərbaycan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi mümkün deyil” AÇIQLAMA

“Azərbaycan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi mümkün deyil” AÇIQLAMA

"Rusiya hökuməti Ermənistan və Rusiya dövlətlərinin birgə Hava hücumundan müdafiə sisteminin yaradılması barədə razılşma sənədinin hazır olması bəyanatı günün reallığı ilə tam uzlaşır". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Rusiya Qəbələ RLS –dən çıxarıldıqdan sonra Yaxın Şərqə nəzarəti gücləndirmək anoloji bazanın yaradılması üçün məkan və imkanlar axtarmağındadır: "Ermənistan məkan baxımından ən uyğun yer olsa da imkan baxımından əlverişli ərazi deyil. İqtisadi durumu çətin olan olkədə bu tip obyektlərin tikintisi və saxlanması böyük xərc tələb etməli olacaq. Uzaq mənzilli raketlərin Azərbaycan və Türkiyə sərhədlərində yerləşdirilməsi isə regionda gərginliyin daha da artmasına səbəb olacaqdır. Sözsüz ki, bu addımın cavabı olacaq. Güman edirəm ki, Azərbaycan türkiyə bu istiqamətdə birlikdə hərəkət edəcəklər".

V.Əfəndiyev əlavə edib ki, bu yaxınlarda Yekaterinburq şəhərində keçirilən MDB ölkələri üzvlərinin görüşündə anoloji sənədin Qazaxıstan, Qırğızısıtan, Belorus və Tacikistanla bağlanması təklifləri olub: "Təbii ki, Rusiya bu təklifi Azərbaycana da verməmiş deyil. Lakin Azərbaycanda belə bir sistemin təkrar yaradıla biləcəyi ehtimalını heç sanmıram. Uzun və gərgin mübarizədən sonra Azərbaycan Rusiyanın ölkəmizdəki sonununcu hərbi bazası olan Qəbələ RLS –ni çıxartmağa nail oldu. Bir daha Azərbaycan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə