Avrasiya Müzakirə Klubunun iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanı Rusiyada Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) təmsil edib. SİA-nın mlumatına görə, Rusiya İctimai Palatasının təşkilatçılığı ilə "Avrasiya müzakirə Klubu" nun üzvlərinin növbəti görüşü təşkil olunub. Azərbaycan Gəncləri adından görüşdə ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev iştirak edib.
Xəzər Qarayevin verdiyi məlumata görə, görüşdə Rusiyada fəaliyyət göstərən müxtəlif ictimai təşkilatla, diaspor birliklərinin nümayəndələri, Rusiyanın hökumət və bir çox media nümayəndələri iştirak ediblər. İclasa sədrliyi Rusiyanın gənclərlə iş üzrə Federal agentliyinin rəhbəri Sergey Pospelov edib. Tədbir çərçivəsində Avrasiya gənclərinin qarşılaşdıqları problemlər, gələcək əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub . Həmçinin regionda baş verən hadisələr diqqət mərkəzində saxlanılıb. Federal agentliyin sədri Sergey Pospelov belə görüşlərin mütəmadi olacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB