"Ölkə Prezidenti İlham Əliyevin imzaladığı sözügedən fərman dövlət büdcəsindən QHT layihələrinin maliyələşdirilməsi üçün ayrılan vəsaitlərin daha səmərəli şəkildə istifadəsi və müvafiq qurumlar arasında koordinasiyanın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının müstəqil şəkildə fəaliyyət göstərməsi istiqamətində dövlətin atdığı hər bir addım təqdirəlayiqdir: "Eyni zamanda heç bir xarici donordan asılı olmadan milli mənafeyin təmin olunmasında, cəmiyyətdə ehtiyac duyulan sahələrin zəruri inkişafı etdirilməsində də dövlət maraqlıdır. Bu baxımdan da hesab edirəm ki, dövlət başçısının Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı və "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası" haqqında fərmanları bu sahədə şəffaflığın artırılmasında müstəsna rola malikdir. Eyni zamanda bu sahədəki pərakəndəliyin aradan qaldırılmasında mühüm rol oynayacaq. Yəni QHT-lər vahid mərkəzdən koordinasiya olunacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB