Yeni Azərbaycan Partiyasından 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin seçicilərlə görüşü davam edir. Belə ki, onun seçicilərlə növbəti görüşü rayonun qonşu Gürcüstan Respublikası ilə həmsərhəd olan ucqar dağ kəndində - Mazımçay yaşayış məntəqəsində baş tutub.

Millət vəkilliyinə namizədlə görüşə qatılan kənd ağsaqqalları və seçiciləri yüksək əhval-ruhiyyə ilə Nəsib Məhəməliyevi kənd sakini Ramazan Molulovun həyətində çay süfrəsi ətrafında qarşılayıblar. Çay süfrəsi ətrafında baş tutan görüş qarşılıqlı səmimiyyət və diskussiya şəraitində keçirilib.

70 nəfər seçicinin iştirak etdiyi ucqar dağ kəndində səmimi və maraqlı görüş üçün kənd sakinləri adından Şəhmir Çerçiyev və Əli Məmmədov 1 noyabr 2015-ci ildə keçiriləcək seçkilərdə ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gedəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyini bildirdilər.

Görüşdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev səmimi görüş üçün kənd sakinlərinə öz minnətdarlığıni bildirib və deputat seçilərsə Mazımçay kəndinin problemlərinə yaxından kömək edəcəyini qeyd edib: "Təbii ki, biz ucqar dağ kəndlərimizi də unutmamalı, həmin kəndlərin infrastrukturlarının müasirləşdirilməsində, yeni səhiyyə, təhsil ocaqlarının yaradılmasında, qazlaşdırılmasında, eləcə də digər sahələrində əlimizdən gələni əsirgəməməliyik. Biz hər bir vətəndaşımızın problemini harada yaşamasından asılı olmayaraq həll etməli, onların həyat səviyyələrinin daha da yaxşılaşdırılması üçün bizə göstərilən etimadlarını doğrultmalıyıq".
Nəsib Məhəməliyev vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyasının ona göstərdiyi etimadı doğrultmaq üçün ilk növbədə xalqın yanında olmalıdır: "Çünki YAP hakimiyyət-xalq birliyinin təcəssümüdür, xalqın partiyasıdır. Bizim namizədliyimizin partiya tərəfindən irəli sürülməsi sonradan görəcəyimiz işlərimizə stimul verir. Dövlət üçün, onun xalqı üçün çalışmaq fəxr və qürur mənbəyimizdir. Çünki seçiləcək hər bir millət vəkili ilk öncə, öz seçiciləri, daha sonra isə partiya qarşısında öz hesabatını verməlidir. Ümidvaram ki, sizlər məni dəstəkləməklə, mənim qələbə qazanmağıma inamım bundan sonra daha da artacaq. Bu baxımdan, YAP-ın hər bir namizədi özündə bu inamı hiss edir. Ona görə də hər bir seçicini məhz YAP-ın namizədinə səs verməyə dəvət edirəm".
Deputatlığa namizəd hər kəsi seçki günü fəal olmağa səsləyib: "Əlbəttə ki, seçicilərimiz də seçkilər günü fəal olmalı, sçeki məntəqələrinə elliklə qatılmalı, namizədlərinə səs verməlidirlər"
Görüşdə iştirak edən YAP Balakən rayon təşkilatının Seçki Qərargahının rəhbəri Azad Balayev Mazımçay kəndində YAP ərazi ilk təşkilatının seçkilərlə bağlı həyata keçirdiyi təbliğat kampaniyasını yüksək qiymətləndirdiyini nəzərə çatdırıb və vurğulayıb ki, bu amil xalqın dövlətə olan inamının göstəricisidir. Azad Balayev seçiciləri fəal olmağa və 1 noyabr 2015-ci ildə hər kəsin məntəqələrə gələrək, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB