MSK-da şikayətçilərin müraciətinə baxılıb YENİLƏNİR

MSK-da şikayətçilərin müraciətinə baxılıb YENİLƏNİR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 10 oktyabr 2015-ci il tarixli iclas protokolu komissiya üzvləri tərəfindən səsə qoyularaq təsdiq olunub.

Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında məlumat verilib.

MSK-nın üzvü Tofiq Həsənov tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər barədə ətraflı məlumat verilib.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə