Xaçmazlı seçicilər seçimlərini ediblər

Xaçmazlı seçicilər seçimlərini ediblər

YAP-ın 56 saylı Xaçmaz kənd seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədi İlham Əli Səftər oğlu Əliyev Qusarçay və Çinartala kənd seçiciləri ilə görüşüb. Tədbiri giriş sözüylə YAP Xaçmaz rayon qərərgahının sədri Nazim Ağayev açıb və namizədin həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verib. N.Ağayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə inamlı qələbə qazanacağına əmindir: "Xaçmazda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası ilk gündən başlayaraq, böyük müvəffəqiyyətlə gerçəkləşdirilir. Seçicilər partiyanın namizədlərinə çox böyük rəğbət bəsləyir".

Namizəd İlham Əli Səftər oğlu Əliyev görüşdə çıxış edərək, millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib. Milli Məclis üzvlüyünə namizəd seçki platforması haqqında ətraflı məlumat verib: "Millət vəkili seçilsəm, parlamentdə xalqın mənafeyini ifadə edən qanunların qəbul olunmasında fəal iştirak edəcəm, seçicilərimi ləyaqətlə təmsil etməyə çalışacağam. Seçicilərin etimadını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

Görüşdə seçicilərdən Adil Cəbrayılov, Əbil Aydəmirov, Tural Mahmudov, Xanlar Nəzərov, Alimşah Mirzəyev, Qafil Abdullayev, Nizaməddin süleymanov, Sahib Əskərov, Nahidə Səbzəliyeva, Gülüstan İdrisova və başqaları çıxış ediblər. Namizəd seçicilər qarşısında çıxış edərək, seçki platforması ilə bağlı ətraflı məlumat verib. O, seçki platformasından irəli gələn bir sıra mühüm məsələlərə aydınlıq gətirib.

Seçicilər namizədin çıxışını böyük diqqət və maraqla qarşılayıblar. Onlar Milli Məclis üzvlüyünə namizəd İlham Əli Səftər oğlu Əliyevin ona bəslənilən ümidləri doğruldacağına əmin olduqlarını, 56 saylı Xaçmaz kənd Seçki Dairəsində məhz, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.

Görüşdə çıxış edənlər deputatlığa namizəd kimi İlham Əli Səftər oğlu Əliyevin çox müsbət şəxsi keyfiyyətlərə malik olduğunu vurğulayıblar. Onlar namizədin böyük dünyagörüşə, geniş həyat təcrübəsinə, yüksək intellektə malik olduğunu bildiriblər və onu səmimi, fəal, təşəbbüskar insan kimi tanıdıqlarını qeyd ediblər.

Seçicilərin qaldırdığı məsələlərə ciddi münasibət bildirən Milli Məclis üzvlüyünə namizəd İlham Əli Səftər oğlu Əliyev millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını yüksək səviyyədə doğrultmağa səy göstərəcəyini söyləyib və bir daha qeyd edib ki, millət vəkili seçilərsə, Milli Məclisdə mühüm əhəmiyyət kəsb edən qanunların qəbul olunmasında fəal şəkildə iştirak edəcək.

Deputatlığa namizəd İlham Əli Səftər oğlu Əliyev parlament seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərdən biri kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini söyləyib. O, millət vəkili seçiləcəyi təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutulan hədəflərə çatmaq üçün ləyaqətlə çalışacağını bildirib. Seçicilərin keçirilən görüşlərdə fəallığından razı qaldığını vurğulayan deputatlığa namizəd, indiki mərhələdə seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu qeyd edib. O, seçicilərin namizədlə fəal dialoq qurmasından məmnunluğunu bildirib.

Sonda seçicilərin sualları cavablandırılıb.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə