Aydın Quliyev: “Milli Şura"dakılar ajiotaj yaratmaq istəyirlər" AÇIQLAMA

Aydın Quliyev: “Milli Şura"dakılar ajiotaj yaratmaq istəyirlər" AÇIQLAMA

"Ümumiyyətlə hər dəfə "Milli Şura"dakılar izdihamlı mitinq keçirəcəklərindən danışırlar. Amma onlar bu izdihamlı mitinq məsələsində heç nəyə nail ola bilmirlər". Bunu SİA-ya "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Milli Şura"nın oktyabrın 25-nə planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, "Milli Şura"da olan partiyalar ancaq söz bəyanatları formasında bir ajiotaj yaratmaq istəyirlər: "Təbii ki, məqsəd aydındır. Uğursuz, sönük mitinqlər olsa da, onlar ancaq bu yolla özlərinin sosial bazasını genişləndirmək, etiraz elektoratını aktivləşdirmək, küçələrə çıxan insanların əli ilə hakimiyyətə təzyiq etmək məqsədi güdürlər. Bu şəxslər çalışırlar ki, xeyli sayda insanları küçələrə çıxarsınlar. Amma bu cəhdlərin uğursuz olması elə ilk başdan görünür. Çünki radikal müxalifətin sosial bazası tam da olmasa, yox olma həddinə kimi dağılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə