Politoloq: “Ermənistan vassal bir ölkə olması ilə barışıb" AÇIQLAMA

Politoloq: “Ermənistan vassal bir ölkə olması ilə barışıb" AÇIQLAMA

"Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox düzgün vurğuladı ki, Ermənistan artıq məhvə məhkumdur və orada yaşayan əhali belə hazırki hakimiyyətin onları hansı uçuruma aparmasını dərk edir və xalq özünün bütün etiraz vasitələrindən istifadə edir". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, artıq hər kəs anlayıb ki, Ermənistan dövlətinin adında müstəqil sözü formal xarakter daşıyır: "Demək olar ki, dövlət və ölkələrin bir quberniyası, vilayətinə çevrilib. Xalq isə bu halı qəbul etmir. O, Azərbaycanda dövlətin daha da güclənməsini, müstəqil siyasət yürütməsini, xalqın dövlətini necə dəstəkləməsini, həyata keçirilən yüksək infrastruktur layihələrini, Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələri, ölkədə gedən iqtisadi inkişafı, hərbi qüdrəti və s. uğurları internet və media vasitəsi ilə izləyir və öz dövlətinin də get-gedə çökməsinin, yalnız xarici dövlətlər və lobbi tərəfindən edilən köməkliklər nəticəsində yaşadığını bilir və buna şahid olur. Ona görə də xalq çıxış yolunu bu hakimiyyətdən canını qurtarmaqda görür".

R.Alıyev bildirib ki, bir neçə ildir ki, Ermənistanın mülki əhalisi Azərbaycan tərəfinə keçmək və burada yaşamaq istədiklərini bildirirlər: "Onu da xüsusi qeyd etməliyik ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda və ətraf rayonlarda zorla yerləşdirilən Suriyadan və digər ölkələrdən gətirilən, Ermənistanın əyalətlərindən yığılan əhalinin orada yaşamaları üçün hər ay müəyyən məbləğdə vəsair verilməsinə baxmayaraq, yenə də həmin əhali qeyd etdiyimiz əraziləri tərk edir. Ümumiyyətlə, Ermənistan əhalisi hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olaraq Azərbaycana qaytarılmasını və Azərbaycanın ide müəllifi olduğu beynəlxalq əhəmiyyətli layihələrdə Ermənistanın da iştirak etməsini istəyirlər. Ermənistan dövləti isə artıq vassal bir ölkə olduğu ilə barışıb və özü dövlət olaraq qərar verə bilməyəcəyini dolayısı yolla həm xalq, həm də dünya ictimaiyyətinə bildirmiş olur".

Bütün xəbərlər Facebook səhifəmizdə