Müstəqil mediadan dəm vuran Avropa İttifaqinda mətbuat azadlığının boğulması ilə bağlı xeyli faktlar var. Elə Avropada hüquq müdafiəçiləri və bir sıra QHT- lər ittifaqın mətbuat azadlığı sahəsində siyasətini uğursuz hesab edir. Üzv ölkələrin bir çoxunda mətbuatın müstəqilliyini mane olan qanunlar mövcuddur.
"Özünü mətbuat azadlığının carçısı və meyarı kimi təqdim edən, bu sahədə qlobal liderlik iddiasında olan Avropa İttifaqı ölkələrində mətbuat azadlığı məhdudlaşdırılır". Jurnalistlərin Müdafiə Komitəsinin ittifaq üzvü dövlətlərə, istitutlarına və liderlərinə çatdırdığı hesabatda belə bildirilir.
Qeyd olunur ki, böhtan və dini təhqirə yol verən müddəalar ittifaqın bir çox ölkələrinin qanunvericiliklərində mövcuddur. Bu isə informasiya mənbələrinin məxfiliyini də təhdid edir.
"Media nümayəndələri İtaliya və Bolqarıstanda cinayətkar qrupların hədəfi olublar. İspaniyada jurnalistlər polis tərəfindən zorakılığa məruz qalıb. Fransada isə radikal dindarlar tərəfindən qətl ediliblər. Bu təkcə Avropa Birliyi ölkələrində deyil eyni zamanda digər ölkələrə də mənfi təsir edir" deyə hesabatda bildirilir.
Beynəlxalq Amnistiya Təşkilatının Belçika təmsilçisi Philippe Hensmansın dediyinə görə isə Avropanın özündə vəziyyət bu cür olduğu halda Türkiyədən tutmuş Çinə qədər digər dövlətlərdə söz və mətbuat azadlığını yaxşılaşdırmaqda özünü məsul hesab edir.
Jurnalistləri müdafiə komitəsi bildirir ki, Avropa İttifaqının üzvü olan Macarıstanda dövlət mediası hökumətin sözçüsünə çevrilib. İnformasiya əldə etmək haqqında qanuna jurnalistələrin korrupsiya iddialarını dəqiqləşdirməyi məhdudlaşdıracaq şərtlər qoyulub.
Avropa Jurnalistlər və Yayım dirnəyinin rəhbəri Francine Cunningham isə Jurnalistləri Müdafiə Komitəsinə açıqlamasında qeyd edir ki, Avropa ölkələrində medianın real vəziyyətini nəzərə alsaq onda jurnalistlər son dərəcə diqqətli olmalıdır. Çünki, şirkətlərlə bağlı kommersiya sirlərinin aşkarlanması adı altında jurnalistlərin informasiya əldə etmək hüququnun məhdudlaşdırılmasına hesablanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB