Ağalar Vəliyev seçiciləri ilə görüş keçirib

Ağalar Vəliyev seçiciləri ilə görüş keçirib

"Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanımızın inkişafında əməyimizi əsirgəməməliyik"

Yeni Azərbaycan Partiyasının (YAP) 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasına uğurla başlanılıb. YAP tərəfindən tərəfindən namizədlikləri irəli sürülənlər "Yeni Hədəflərə doğru" şüarı ilə seçicilərlə görüşlərini davam etdirirlər.

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Boluslu və Gürzallar kəndlərində seçiciləri ilə görüşü keçirilib. Görüşü YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq qeyd edib ki, Ağalar Vəliyev ölkəmizdə, eləcə də ölkə hüdudlarında tanınan ən nüfuzlu insanlardan biridir. Elçin İsmayılov xatırladıb ki, hələ 2003-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev rayonun Aşağıağcakənd qəsəbəsində qaçqınlar üçün tikilmiş yaşayış evlərinin açılışında və Murovdağdan çəkilmiş içməli suyun açılışında iştirak etmişdi. Məhz hər iki infrastruktur tikintinin aparılmasında Ağalar Vəliyevin böyük xidməti oldub.

Sonra Ağalar Vəliyevin səlahiyyətli nümayəndələri və vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə seçicilərə geniş məlumatlar veriblər. Onlar millət vəkilliyinə namizədin hər zaman öz vədlərinə saqid qaldığını, öz ölkəsi və xalqı üçün daim əzmlə çalışdığını vurğulayıblar.

Daha sonra seçicilər namizədlə bağlı öz fikirlərini bölüşüblər. Kənd sakini Eyyub Eyyubov çıxış edərək bildirib ki, Goranboy rayonunun uzun illər içməli suyu olmayıb. Lakin Ağalar Vəliyev bu məsələnin həll edilməsi istiqamətində gücünü əsirgəməyib: "Ağalar müəllimin rəhbərliyi ilə Murovdağdan rayonun 17 kəndinə içməli su çəkilib, rayonun kanalizasiya sistemi yenidən qurulub. Artıq rayon əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var. Biz öz seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik!"

Seçici Aftandil Ocaqverdiyev də YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin işgüzar bir deputat kimi gördüyü işlərdən bəhs edərək, namizədin rayon sakinləri arasında yüksək nüfuzunun olduğunu vurğulayıb. O, YAP üzvü kimi hər birinin partiya tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevə dəstək verəcəklərini bildirib.

Tədbirin sonunda namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxış edərək cənab Prezident İlham Əliyevin Prezidentliyi dövründə respublikamızda eləcədə respublikamızdan kənarda apardığı sosial iqtisadi işlərdən geniş danışıb: "Bu gün Azərbaycanın inkişaf və tərəqqisinin əsası Ulu Öndər Heyədr Əliyev tərəfindən müəyyənləşdirilmiş, bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasətlə bağlıdır. Ölkəmizdə yürüdülən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan nəninki regionda, eləcə də beynəlxalq aləmdə söz sahibinə çevrilmidir. Biz də təbii ki, bu siyasətin dəstəkləyiciləri kimi daim ölkə Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanımızın inkişafında əməyimizi əsirgəməməliyik. Məhz parlament seçkilərində də xalqımızın böyük əksəriyyəti hakim YAP-ın namizədlərini dəstəkləyəcəyini vurğulayırlar. Çünki YAP xalqın partiyasıdır."

Ağalar Vəliyev də bütün seçiciləri 1 noyabrda YAP-ın namizədinə səs verməyə çağırıb.

Daha sonra seçicilərlə görüş rayonun ən ucqar dağ kəndi olan Gürzalılar kəndində davam etdirilib. Tədbiri YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq seçiciləri qarşıdan gələn parlament seçkilərində YAP-ın

namizədlərinə səs verməyə çağırıb. Ağalar Vəliyevin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər.

Seçicilərə bildirilib ki, Ağalar Vəliyev ölkənin inşaat-tikinti sektorunda özünəməxsus yeri və böyük nüfuzu olan "Azəraqrartikinti" ASC-yə rəhbərlik etdiyi illər ərzində Bakı şəhərində və respublikanın rayonlarında yüzlərlə müxtəlif təyinatlı tikililər, binalar, qurğular inşa edilmiş, bir sıra strateji əhəmiyyətli obyektlər və avtomobil yolları istismara verilmişdir. Bu obyektlərin bir çoxlarının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və görülən işləri yüksək dəyərləndirmişdir.

2010-cu ilin noyabr ayında A.İ.Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hazırda Ağalar Vəliyev Milli Məclisin deputatı kimi fəaliyyət göstərir, parlamentin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Ağalar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli sərəncamı ilə A.İ.Vəliyev "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş və 10 aprel 2012-ci il tarixli fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Rayonun Gürzalılar kənd ağsaqqalı Cahangir Əliyev, Vəlyəddin Əmiraslanov çıxış edərək Ağalar Vəliyevi iki dəfə onların kəndində qonaq olduğunun qeyd etdilər və onun səmimi, işgüzar, vətəninə bağlı bir insan olduğunu nəzərə çatdırdılar.Və əminliklə qeyd etdilər ki, 1 noyabrda Gürzalılar əhalisi ona dəstək olacaq və səs verəcəklər.

Seçicilərlə görüşlər daha sonra da davam etdirilib. Görüşlər Tədbir rayonun Nərimanlı kəndində və Qızılhacılı qəsəbəsində davam etdirilib.

Nərimanlı kəndindən olan seçici Adil Rzayev çıxışında qeyd etdi ki, vaxtilə Goranboy və Yevlax şəhəri bir olub.Rayonlar ayrıldıqdan sonra da hər iki rayonun sakinləri bir-birləri ilə sıx ünsiyyətdə olub: "Biz əminik ki,Yevlax rayonunda doğulub başa çatmış və əmək fəaliyyətinə Yevlax şəhərində başlamış hörmətli namizədimiz Ağalar Vəliyev babalarımızdan qalmış səmimi əlaqələrimizi daha da genişləndirəcək öz fəaliyyətini ən dəyərli tövhəsini seçicisi olduğu Goranboy rayonunda davam etdirəcəkdir.Seçici Yeganə Məmmədova çıxış edərək Nərimanlı kənd seçiciləri adından Ağalar Vəliyevi salamladı və əmin etdi ki, kənd seçiciləri YAP-ın namizədini dəstəkləyəcək və səs verəcəyik."

Yekunda namizəd Ağalar Vəliyev görüşünə gəlmiş bütün seçiciləri salamlayıb və o növbəti dəfə parlamentə seçilərsə bir daha seçicilərimin etimadını doğruldacağını vəd verib.

Qızılhacılı qəsəbəsində seçici İradə Həsənova, Mətanət Əliyeva , Nizaməddin Əliyev , Məhyəddin Əmiraslanov,və İlham Allahverdiyev yoldaşlar da çıxış edərək noyabrın 1-də keçiriləcək parlament seçkisində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə